BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taksi sürücüləri şikayət edir ki, müştərini götürə, düşürdə bilmirik” – Deputat

Bakı Nəqliyyat Agentliyinin (BNA) çəkdiyi avtobus zolaqları nəqliyyatın işini asanlaşdırmaqdansa, daha da çətinləşdirib. Belə ki, bu zolaqlar çəkildikdən sonra şəhərdə sıxlıq daha da artıb. Bu da sürücülərin və sərnişinlərin narazılığına səbəb olub.

 

Millət vəkili Rüfət Quliyev bildirib ki, sözügedən zolaqlar sıxlıqla yanaşı maşınların park edilməsinə də problemlər yaradır:

 

“Bu problemlərə görə mənə çoxlu şikayətlər gəlir. Mən də insanlara başa salmaq istəyirəm ki, mən və digər millət vəkillər müraciətlərimizi etmişik. Bu qədər tənqiddən sonra BNA bir çox işlərinə yenidən baxıb, ölçülər götürməlidir.

Gözləyirəm ki, bu işdə böyük dəyişikliklər olmalıdır. Bu dəyişiklikləri də biz bu yaxınlarda görməliyik. Ona görə ki, insanların müraciəti, şikayəti azalmır. Bu səbəbdəb də, BNA rəhbərliyi gərək oturub dərindən fikirləşsinlər ki, bu işləri necə qurmaq olar. Orda-burda şəkil çəkib, cərimə yığmaqla, insanları incitməklə məsələ həll olunmur. 50% insanlar şikayət edir ki, apteklərin, dükanların qabağında saxlaya bilmirik. Taksi sürücüləri də şikayət edir ki, müştərini götürə, düşürdə bilmirik”.

 

Millət vəkilinin BNA-nı tənqid etdikdən sonra Agentliyin sədri Vüsal Kərimlimin ona zəng etməsi məsələsinə də münasibət bildirib:

 

“Mən Milli Məclisdə öz fikrimi bildirdim. Görünür bu, BNA sədrinin xoşuna gəlməyib. Amma BNA tənqid olunan nə ilk, nə də son dövlət qurumudur. Bundan əvvəldə bir neçə dövlət qrumunu istər mən, istər digər millət vəkilləri tənqid ediblər. Millət vəkilinin işi məsləhət verməkdir. Ona görə mən hər şeyi qoyuram qırağa, sadəcə düşünürəm ki, bunlar tez bir zamanda həll olunmalıdır. Vüsal Kərimli mənə zəng etmək əvəsinə, problemləri həll etsin. Qalan hər şeyin həlli yolu var və olacaq da”.

Azadinfo

Tarix: 8 Mart 2021, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin