BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarova “Facebook” səhifəsində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova “Facebook” səhifəsində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Əziz və dəyərli xanımlar!

 

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

 

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir.

 

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”

Tarix: 8 Mart 2021, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin