BURADA REKLAMINIZ OLA
BİLƏR

Ünvanlı sosial yardımla bağlı qaydaların dəyişdirilməsi təklif edilir

Azərbaycanda “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

 

Sənəddə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, 5-dən (beş) çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.

Tarix: 9 Mart 2021, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin