BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkumların qəbul imtahanlarında iştirakı üçün mexanizmin hazırlanması təklif edildi

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması təklif olunur.

 

Bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

 

Sənəddə Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacarmayan məhbuslara onu davam etdirmək imkanının təmin edildiyini, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait yaradıldığını nəzərə alaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı Azərbaycan Respublikası Cəzaların  İcrası məcəlləsinə əlavənin edilməsi təklif olunur.

Tarix: 9 Mart 2021, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin