BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın aviaşirkəti İrana uçuşları dayandırdı

Ermənistanın “Armenia Airways” aviaşirkəti Yerevan-Tehran reysi ilə uçuşları dayandırıb.

 

Pravda.az-ın xəbərinə görə, bildirilib ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır.

 

"Məlumatlandırırıq ki, “Armenia Airways” aviaşirkətinin yanvarın 12-də planlaşdırılmış Yerevan - Tehran-Yerevan AMW111/112 reysi təhlükəsizliklə bağlı ləğv olunur", - xəbərdə deyilib.

 

Həmçinin qeyd olunur ki, reysin sərnişinləri şirkətin baş ofisinə və ya satış üzrə agentlərə müraciət edərək biletləri başqa vaxta dəyişə bilərlər. "Narahatlığa görə üzr istəyirik, amma biz ilk növbədə sərnişinlərimizin təhlükəsizliyi təmin edirik", - şirkətdən bildirilib.

 

Yerevan aeroportunun "Zvartnos" elektron tablosunun məlumatına görə, Tehrana reys Bakı vaxtı ilə saat 16:00-da planlaşdırılmışdı.Report

Tarix: 12 Yanvar 2020, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin