BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya yaşı ilə bağlı qadağa

Ombudsman vətəndaşların pensiyaya çıxmasına müəyyən müddət qaldıqdan sonra onların işdən çıxarılmasının qadağan edilməsini təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

 

Məruzədə işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi təklif olunur.

Tarix: 9 Mart 2021, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin