BURADA REKLAMINIZ OLA
BİLƏR

Hindistanda da matəm elan edildi

Hindistan hakimiyyəti Oman sultanı Qabus bun Səidin vəfatı ilə bağlı bazar ertəsi günü ölkə ərazisində ümummilli matəm elan edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Hindistanın Dаxili İşlər Nаzirliyinin nümayəndəsi bildirib.

 

"Əlahəzrət sultan Qabus bin Səid Al Səud 2020-ci il yanvarın 10-da ölüb. Yüksək vəzifəli mərhuma ehtiram əlaməti olaraq Hindistan hökuməti qərar qəbul etdi ki, 13.01.20 tarixində bütün Hindistanda birgünlük milli matəm elan edilsin", - nazirliyin nümayəndəsinin xəbərində (mesajında) deyilir.

 

Bu münasibətlə Hindistanın dövlət bayraqları endiriləcək. Dаxili İşlər Nаzirliyində həmçinin qeyd ediblər ki, bazar ertəsi ölkədə əyləncə xarakterli rəsmi tədbirlər olmayacaq.

Tarix: 12 Yanvar 2020, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin