BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobusda gediş haqqı qalxacaq?

“Nazirlər Kabinetinin 2020-ci il hesabatına əsasən, ictimai nəqliyyatda müəyyən güzəştlərin tətbiq ediləcəyi məsələsi artıq qətidir”. 

 
Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. 

Ekspert bildirib ki, hesabata əsasən ictimai nəqliyyatda gediş haqqının artırılacağı qənaətinə gəlmək çətindir, çünki hesabatda konkret heç nə deyilmir: “Tariflərin tənzimlənəcəyi ilə bağlı məlumatlar ümumidir. Bununla yanaşı isə bir sıra koteqoriyaya aid olan insanlara ictimai nəqliyyatda güzəştlərin müəyyən olunması dəqiqdir. Əslində, bununla bağlı ideyalar artıq mövcuddur, hətta sosial əsaslandırmalar da aparılıb. sadəcə güzəştlər tətbiq edilərsə, iqtisadi tərəfləri də hesablanmalıdır. Yəni hesabatda qeyd olunan məlumata əsasən, ictimai nəqliyyatda müəyyən güzəştlərin tətbiq ediləcəyi məsələsi artıq qətiləşir”.

Metrolarda gediş haqqının artırılması məsələsinə gəlincə isə Ərşad Hüseynov qeyd edib ki, “Bakı Metropoliteni” onsuz da hər dəfə daşımaların maya dəyərini ödəmədiyini elan edir: “Bu səbəbdən dövlət metropolitenə dotasiya verir. Təkrar edirəm, hesabatda gediş haqqı tariflərinin qaldırılacağı ilə bağlı məlumat yoxdur, lakin əgər qiymət artımı olarsa, mütləq şəkildə sosial və iqtisadi əsaslandırma aparılmalıdır. Sahibkarların öhdəsinə buraxılarsa, onlar tarifi 5 dəfə qaldırarlar. Amma bütün bunların arxasında hökümət faktoru dayanır”. 
 
Qeyd: Nazirlər Kabinetinin 2020-ci il hesabatına əsasən, ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq ediləcək.
Tarix: 10 Mart 2021, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin