BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəbrayıl Dövlətzadənin ailəsinə ev verildi

Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində yerləşən yeni binada 3 otaqlı mənzil nazirliyin sosial tərəfdaşları tərəfindən şəhid ailəsinə verilib.

 

Bu gün mənzilin açarları şəhidin ailəsinə təqdim edilib.

 

Qeyd edək ki, 19 yaşlı Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.

 

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Tarix: 18 Mart 2021, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin