BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı peyvənd olundu - FOTO

Azərbaycanın bütün regionlarında olduğu kimi Füzulidə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması uğurla həyata keçirilir. Martın 18-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub.

 

Bu barədə Pravda.az-a rayon icra hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, icra başçısı peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib.

 

Sonra A.Alıyev xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub. 

Fotoları təqdim edirik
Tarix: 19 Mart 2021, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin