BURADA REKLAMINIZ OLA
BİLƏR

“Karantin davam etsə, “bomj“ olacam“

Aktyor Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib.

 

Pravda.az xəbər verir ki, 8 aydır işsiz qaldığını deyən sənətçi bu haqda "Söhbət var"da danışıb. O, aparıcı, Əməkdar artist Dilarə Əliyevanın "Eşitdik ki, təndir evi açmısan" sözlərinə belə cavab verib:

 

"Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir".

 

Aktyor maddi vəziyyətinin ağır olduğunu bildirib: "Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni bomj vidində görəcəksiniz".

Tarix: 19 Mart 2021, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin