BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Həsrət sayt açır: “Yazdığımızı silən deyilik”

Jurnalist Azər Həsrət sayt açır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Həsrət özü məlumat yayıb.

 

"Bir neçə gün sonra görüşünüzə yeni bir media platformasıyla gəlməyi planlaşdırırıq. Artıq hazırlıqlar gedir. Əslində, elan da edə bilərdik, amma düşündük ki, bir balaca gözləyək. İndilikdə onu deyə bilərik ki, ucuz xəbərçilikdən, dedi-qodudan və şayiələrdən uzaq bir media fəaliyyətimiz olacaq. Biz hər boş məsələni yazan deyilik, yazdığımızı da silən deyilik. İP arxasınca isə ümumiyyətlə qaçan deyilik. Əhatəmiz geniş olacaq. Türk dünyasına özəl diqqət ayıracaq, beynəlxalq məsələləri də Azərbaycan oxucusunun alışmadığı bir şəkildə işıqlandıracağıq" - A.Həsrət qeyd edib.

Tarix: 21 Mart 2021, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin