BURADA REKLAMINIZ OLA
BİLƏR

“Uğura Gedən Yol-Könüllülük” layihəsinə başlanıldı

Gəncə şəhərində Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol-Könüllülük” adlı layihəsinə start verilib.

 

Pravda.az-ın xəbərinə görə, Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan Orxan Əhmədovun rəhbərliyi ilə həyata keçiriləcək layihənin məqsədi Gəncədə yaşayan, təhsil alan gənclərin yerli və beynəlxalq layihələr zamanı könüllü kimi iştirak etmələrində bilik və bacarıqlarının artırılmasına töhfələr verməkdir. Eyni zamanda, təlimçilər tərəfindən gənclərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müxtəlif sahələrdə müzakirələr aparılacaq, problemlərin optimal həlli yolları təklif ediləcək.

 

“Uğura Gedən Yol – Könüllülük”-də 50 nəfərin iştirakı təmin olunacaq və onlar 10 nəfərdən ibarət qruplara bölünəcəklər. Layihə müddətində könüllülük, komanda işi, etiket qaydaları kimi təlimlər və Azərbaycan, Gəncə tarixi haqqında ekuskursiyalar həyata keçiriləcək.

 

Tarix: 13 Yanvar 2020, 21:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin