BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xoşqədəm məsələni işıqlandırmasaydı, qurumlar uşağı xilas edəcəkdi?”

Hadisə ilə bağlı bir qrup şəxs Nərminin axtarışı ilə məşğul olan "Xəzər” televiziyasının aparıcısı Xoşqədəm Hidayətqızını günahlandırır və onun qatilin tapılmasına mane olduğunu deyirlər.

 

Bəs görəsən bu məsələdə aparıcını qınamaq nə dərəcədə düzgündür?

 

Televiziya eksperti Zeynal Məmmədli bu məsələdə aparıcı və ya verilişi günahlandırmaq əvəzinə, axtarışın düzgün aparılmasının lazım olduğunu qeyd edib: "Burada məsələyə bir az geniş bucaqdan baxmaq lazımdır. Belə bir hadisə olub və bu cəmiyyət üçün çox önəmlidir. Belə bir halda jurnalistə müraciət olunursa, onun bu mövzunu işləməsi boynunun borcudur. Bu məsələdə Xoşqədəm Hidayətqızını günahlandırmaq və günahı verlişdə axtarmaq mənə gülünc gəlir. Məsələnin ağırlıq nöqtəsini niyə dəyişdirirlər? Biz bu mövzuda verilişi və ya aparıcını günahlandırmaq əvəzinə, televiziya verilişlərinin belə hallarda hansı addımlar atmalı olduğu haqda ortaq məxrəcə gəlməliyik. İttiham hissindən uzaq davranmaq lazımdır, bu hisslə bir addım irəli gedə bilmərik"

 

Zeynal Məmmədli verilişi qatilin hər gün verilişi izləməsi və bunun onun üzə çıxmasına mane olması haqda deyilən fikirlərə də öz münasibətini bildirib: "Mən məsələni anlayıram, ancaq bəzi qurumlar öz fəaliyyətsizliyinin və vaxtında addım atmamaqlarını verilişlə izah etmək istəyir. Bu nə deməkdir? Bizim hansı qarantiyamız var ki, Xoşqədəm Hidayətqızı bu məsələni işıqlandırmasaydı, qurumlar vaxtında davranıb uşağı xilas edəcəkdi? Niyə günahı verilişin üzərinə yıxırıq? Bu belə bir çətin vəzifə idi ki, bunu vaxtında görmürdülər? Onlar çox asanlıqla bu izə düşə bilərdilər. Əgər verilişi ittiham etmək üçün əsas varsa belə, bu ilk olduğu üçün fikrimizi onda cəmləşdirməməliyik. Əksinə bundan sonra necə davranmaq lazımdır ki, qatilə fürsət verilməsin. Yaxşı olar ki, hüquq mühafizə orqanları verilişlə birgə iş aparsın və əlaqədə olsunlar. Onlar verilişə bunun onlara mane olacağı haqda hər hansı xəbərdarlıq etmişdilərmi? İş işdən keçəndən sonra bunu bildirirlər. Ona görə mən burda TV və ya Xoşqədəm Hidayətqızının günahı olubsa belə, onu günahlandımağın əleyhinəyəm. Yenə də deyirəm bu verilişdə yalnışlıq varsa da, bu bizə dərs oldu və gələcəkdə necə davranmalı olduğumuzu bizə öyrətdi".Azxəbər.com

Tarix: 13 Yanvar 2020, 22:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin