BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda maska qaydası dərhal ləğv edilməlidir, sərt karantin öldürücü tədbirdir”

"Maska qaydası tibbi tələblərə uyğun şəkildə yerinə yetirilsəydi, əhali və dövlət maskalara ildə 1 milyard manatdan çox pul xərcləmiş olacaqdı. Bu isə iqtisadi baxımdan mümkün deyil. Mümkün deyilsə, deməli, qoyulan maska qaydası heç də “tibbi” deyil, başqa məqsədlərə xidmət edir".

 

Pravda.az-ın xəbərinə görə bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov bildirib ki, vətəndaşların mütləq əksəriyyəti birdəfəlik istifadə üçün nəzərdə tutulmuş maska taxır: “Tutaq ki, əhalinin böyük bir hissəsi evdə oturur, heç yerə çıxmır (halbuki belə deyil, amma hesabda güzəşt edək).  5 milyon vətəndaş isə iş-dərs başındadır, orta hesabla gündə 8-10 saat evdən kənarda, ictimai yerdə vaxt keçirir. Tibbi qaydalara riayət olunarsa, bu müddət ərzində həmin vətəndaşlar hər gün azı 4-5 ədəd birdəfəlik maska istifadə etməlidir. Bu edir 1 manat xərc. Həmin 1 manatı vuraq 5 milyon nəfərə və yenə vuraq ayda 22 iş gününə. Edir ayda 110 milyon, ildə isə 1.3 milyard manatlıq maska alveri. Hətta vətəndaşların hansısa hissəsinin birdəfəlik deyil, daha çox istifadəlik maskalar taxdığını burda nəzərə alsaq və təqribən 0.3 milyardı burdan çıxsaq, yenə də ölkədə ildə heç olmasa 1 milyardlıq maska alveri mövcud olmalıdır. Bu boyda alverin mövcudluğunun iqtisadiyyatda heç bir əlaməti yoxdur, ola da bilməz, çünki olsaydı, ötən ilin neft gəlirinin 20 faizini elə maskalara xərcləmiş olardıq. Maska qaydası dərhal ləğv edilməlidir. Sərt karantin öldürücü tədbirdir və ona heç bir tibbi zərurət yoxdur".

Tarix: 24 Mart 2021, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin