BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ən yaxşı ağciyər quru ağciyərdir” – Həkim

Qorunma tədbirlərinizi maksimum artırın. Virusu ciddiyə alın. Xəstəxanalarda artıq yer problemi başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov sosial şəbəkə hesabında yazıb. Həkim bildirib ki, pandemiya başlayan gündən bəri insanlar xəstəliyin müalicəsində eyni səhvləri təkrar edirlər:

 

1. Qızdırma başlayan kimi antibiotik qəbul edirlər. Bu səhvə görə həm müalicədə problemlər yaranır, həm də antibiotikin əks təsirlərinə görə xəstələr ağırlaşırlar. Antibiotiki şəkərli diabet, immun çatışmazlıqlı xəstələrə yazmaq olar, onu da mümkün qədər gec. Ən həssas məqamdır, həkimlər bu qrup xəstələrə individual olaraq antibiotikin başlanma tarixini seçə bilər.

 

2. Poliklinika həkimləri kimə gəldi aspirin kardio, kardiomaqnil yazır. Bilin ki, koronavirusun yaratdığı koaqulopatiyada trombositlərin heç bir günahı yoxdur. Aspirin trombositə qarşıdır. COVID-19 özü trombositi salır. Aspirin yalnız o xəstələrə verilməlidir ki, onlara əvvəlcədən başqa problemə görə ömürlük aspirin yazılmışdı.

 

Risk qrupunda olan xəstələrə antikoagulyant verilməlidir (yalnız kleksan, ya da heparin). Əgər lazımsız yerə aspirin içibsə, trombositopeniyaya görə antikoagulyantlar qanaxma yaradacaq.

 

3. Sistem ancaq o xəstələrə ehtiyatla tətbiq olunur ki, onlar heç cür su içə bilmir. Ya içdiyini qusur, ya da diareyası var. Və ya tam başqa şeyə görə, məsələn, diabetik ketoasidozu var. Onların da sisteminə heç nə qatmaq lazım deyil. Digər su içə bilən xəstələrə sistem qoşmaq olmaz. Ən yaxşı ağciyər quru ağciyərdir. Sistemlərlə maye qoşulması iltihablaşmış ağciyəri olan xəstələri ağırlaşdırır.

 

4. Evdə müalicə alanlara metilprednizolon, deksametazon olmaz. Deksametazon yalnız oksigen müalicəsi alan xəstələrə olar, o da sutkada 6 mg-dan çox olmamaq şərti ilə. Xəstəxanada oksigen alan xəstəyə deksametazon təyin olunubsa, 6 mg-dan yüksək doza bakterial infeksiya riskini artırır".

Tarix: 24 Mart 2021, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin