BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı, vaksinasiya məcburi olacaq? - AÇIQLAMA

“Hazırki epidemioloji vəziyyət vaksinasiya prosesinin könüllü həyata keçirilməsinə imkan verir”.

 

Bunu Pravda.az-a açıqlaması zamanı tibb üzrə ekspert, professor Adil Qeybulla deyib.

 

Həkim bildirib ki, hazırda bütün dünya ölkələrini vaksinlə təmin etmək imkanı olmadığı üçün vaksinasiya prosesinin icbari olması mümkün deyil: “Hazırda hər birimizin koronavirus əleyhinə vaksin vurdurmaq üçün könüllü seçim hüququmuz tanınır”.

 

Professorun sözlərinə görə, dünyanın vaksin təchizatı peyvəndləmənin icbari olması üçün yetərli deyil: “Amma elə zaman gələ bilər ki vaksinasiya icbari xarakter daşıya bilər. Həmin zaman vaksindən yayınan şəxslər cəmiyyətdə diskriminasiya olunacaq. Eyni zamanda vaksin vurduranlar isə bir sıra imkanlardan yararlana biləcəklər”.

 

Nəzrin Cavid

Tarix: 25 Mart 2021, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin