İndi bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı bildirib ki, təkcə keçən il ölkəmiz 6,4 milyard dollar əlavə vəsait qazanıb: "Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan indi xarici kreditlərə çox böyük ehtiyatla yanaşır. "Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim əslində xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır".
Dövlət Neft Fondunun əlavə vəsait qazanmasına toxunan ölkə başçısı bunu çox müsbət hal kimi qiymətləndirib: "İdarəetmədən daha çox pul qazanılıb. Ancaq yenə də Dövlət Neft Fondunun strategiyası ondan ibarət olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə yatıraq. Çünki bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Əlbəttə ki, məbləğ artdıqca, qazanc da artacaq. Əminəm ki, Neft Fondunun idarəetmədən əldə olunacaq gəlirləri ildən-ilə artacaq. Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq. Hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra bilmişik".
26 Aprel 14:27
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:32
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
25 Aprel 16:27
25 Aprel 16:17
25 Aprel 16:11
25 Aprel 16:09
25 Aprel 16:03
25 Aprel 15:57
25 Aprel 15:55
25 Aprel 15:50
25 Aprel 15:48
25 Aprel 15:34
25 Aprel 15:07
25 Aprel 15:04
25 Aprel 14:51
25 Aprel 14:43
25 Aprel 14:36
25 Aprel 14:28
25 Aprel 14:25
25 Aprel 14:16
25 Aprel 14:14
25 Aprel 14:12
25 Aprel 14:00
25 Aprel 13:57
25 Aprel 13:56
25 Aprel 13:51
25 Aprel 13:50
25 Aprel 13:45
25 Aprel 13:43
25 Aprel 13:41
25 Aprel 13:39
25 Aprel 13:36
25 Aprel 13:32
25 Aprel 13:22
25 Aprel 13:16
25 Aprel 13:10
25 Aprel 12:37
25 Aprel 12:36
25 Aprel 12:26
25 Aprel 12:14
25 Aprel 12:11
Ən son xəbərləri səhifəmizdən də izləyin