BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəziləri burnunu qurdalayır, əlini yumadan insanlarla görüşür" - Həkim

COVİD-19-la bağlı vəziyyət bu dəfə daha ciddidir! Ehtiyatlı olaq! Qorxutmaq məqsədilə demirəm, amma ən yaxın qohumlarını və tanışlarını COVİD-19-dan itirmiş və bu xəstəliklə məşğul olan bir həkim kimi müşahidələrimi və eşitdiklərimi paylaşmağı borc bilirəm:

1. Daha sürətlə yayılır,

2. Bildiyimiz müalicələrə, demək olar ki, tabe olmur,

3. Ağciyərləri daha çox zədələyir,

4. İldırımsürətli ağırlaşma verə bilir,

5. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur.

 

Tövsiyələrim:

 

1. Ən yaxşı yol yoluxmamaqdır.

2. Fiziki məsafə saxlayaq. Açıq havada ən azı 1 metr, qapalı məkanlarda ən azı 1,5 metr. Anlayışlı olaq! Bəzən müşahidə edirəm insanlar bir-birinin ağzının içinə girir, sanki.

3. Maskanı cərimə olunmamaq üçün deyil, qorunmaq üçün taxaq. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək.

4. Əl ilə görüşməyək. Lütfən! Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Bəziləri burnunu qurdalayır, dişlərin qurdalayır, müxtəlif əşyalara əlinini vurur, bağışlayın məni, hətta tualetə gedir, əlini yumadan insanlarla əl tutub görüşür. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda...

5. Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70 faizli etil spirti əsaslı məhlullarla dezinfeksiya edək.

6. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək.

7. Dövlət tərəfindən ictimai nəqliyyatın sayı artırılsa yaxşı olar. İctimai nəqliyyatda dəhşət çox sıxlıq olur, insanlar bir-birinin ağzına girir.

8. Bəzən yas sahibləri insanlardan inciyir ki, yasıma gəlmədi. Belə olmaz. Anlayışlı olaq. Hətta COVİD-19-dan dünyasını dəyişən insanların yasına toplaşırlar. Bəs toplaşanlar yoluxub həyatını itirsə necə olacaq? Daha da qanqaraçılıq olmayacaqmı? Əlbəttə, olacaq! Belə hallar olub artıq. Nəticə çıxaraq...

9. Peyvənd edilənlər arxayın olmayın! Peyvənd edilənlər arasında da yeni ştamma yoluxub ağır keçirənlər var.

10. Yoluxma sayı günbə-gün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı bir az da artsa, sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə, qorunmalıyıq.

11. Yoluxma sayı azalana qədər qonaqlıqlarda, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək.

 

Aydın Əliyev

 

Həkim

Tarix: 25 Mart 2021, 23:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin