BURADA REKLAMINIZ OLA
BİLƏR

Təmizləyici vasitələrdə xərçəngə səbəb olan maddə aşkarlandı

ABŞ-da bir sıra istehsalçıların əl təmizləyici jellərində benzol aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatına görə benzol xərçəngə səbəb olan maddələrdən biridir.

 

COVID-19 pandemiyasının başlanğıcında çatışmazlıq zamanı satışa çıxarılan təmizləyicilərdə təhlükəli maddə müəyyən edilib. Nəticədə şirkət mütəxəssisləri 168 istehsalçının məhsulunun tərkibini öyrəniblər.

 

Məhsulların 8 faizində təhlükəli maddənin konsentrasiyası yüksək - milyonda iki hissə olaraq müəyyənləşib. Bu da insanın nisbətən qısa bir müddətdə dözə biləcəyi həddən çoxdur.

 

Ən yüksək benzol miqdarı 16 markanın məhsullarında tapılıb. Bu antiseptiklərin əksəriyyəti ABŞ-da və Çində istehsal edilib.

 

Report

Tarix: 26 Mart 2021, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin