BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan maskadan istifadə fəallığına görə bölgədə liderdir

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə I yerdədir.

 

Pravda.az xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

 

Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 % təşkil edir. Gürcüstanda bu göstərici 43 %, Ermənistanda isə 38 %-ə bərabərdir.

 

Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 % olduğu qeyd olunub.

 

Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.

 

Report

Tarix: 26 Mart 2021, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin