BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qanunsuz ov edən ərəblər həbs edilməlidir”

“Ərəblərin ərazimizdə köç salan quşlarla amansız vərəhmsiz rəftarını pisləmək və ictimai qınağı ərəblərə deyil, qanunları pozanlara  nəyinsə müqabilində göz yuman əlaqədar dövlət orqanlarına yönəltmək lazımdır».

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

“Deyirlər ki, ərəbləri 4000 manat cərimə ediblər, ola bilər ki, bu rəqəm sadə Azərbaycanlı üçün böyük görsənsin, amma ərəblər üçün 4000 manat xırda xərcdir. Odur ki, ərəblərin qanunsuz əməllərinə qarşı cərimə ilə mübarizə aparmaq mümkün olmayacaq, qanunun tələbləri sərtləşdirilməlidir, Azərbaycanın faunasına məhv edən ərəblər həbs olunmalıdır ki, anlasınlar ki, nələri etmək olar, nələri yox. Baxın, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə hansı açıqlama verib. O deyib ki, Qaxın Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. İki nəfər ərəb turist “Ovçuluq haqqında” qanuna əsasən, dörd min manat cərimə olunub. Həmçinin Acınohurda müxtəlif yerlərdə nəzarət postları qurulub ki, ərəb turistlər qadağan olunmuş ərazilərdə hərəkət edə bilməsinlər. Diqqət edin.  “Ərazidə araşdırma aparan zaman məlum oldu ki, Acınohurda qadağan olunan ərazinin 372 hektarı 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş da xarici qonaqları istirahət üçün həmin əraziyə dəvət edib. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur". Görəsən, Acınohurda qadağan olunan ərazinin 372 hektarına sahib olan yerli sakin kimdir? Ərazini ona qanunsuz olaraq verən hakimiyyət nümayəndəsi hansı dövlətin orqanıdır?” – Q.İbadoğlu qeyd edib.

Tarix: 26 Mart 2021, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin