BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış

ABŞ Dövlət Katibi Entoni Blinken insan haqları üzrə vəkil Şəhla Hümbətovanın Beynəlxalq Qadınlar Günü ərəfəsində vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərarla bağlı bəyanat yayıb.

 

Pravda.az xəbər verir ki, Blinken məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırıb.

 

Xatırladaq ki, Bakı İnzibati Məhkəməsi kollegiyanın qərarını qüvvədə saxlayaraq martın 5-də Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini təsdiqləyib.

 

Qeyd edək ki, Ş.Hümbətovanın vəkillikdən çıxarılmasına səbəb bir vətəndaşın şikayəti və Vəkillər Kollegiyasına üzvlük haqqını ödəməməsi olub.

Tarix: 26 Mart 2021, 21:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin