BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu təltif olundu - FOTO

“Azerbaijan Union” təşkilatı (Şimali Amerikada yaşayan azərbaycanlıların birliyidir) iqtisadçı ekspert Qubad İbadoğlunu "Qələbə Nişanı" təltif edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Q.İbadoğlu özü məlumat verib.

 

“Təşkilat tərəfindən Vətən müharibəsi dövründə xüsusi fəallıq göstərənlər təltif olunub. Mən də ABŞ-da bu məqsədlə gördüyüm işlərə görə təşəkkürnamə və "Qələbə Nişanı" ilə  təltif olundum. Əslində xüsusilə də Qarabağla bağlı gördüyüm işləri heç zaman təşəkkür və təltif üçün etmirəm. Lakin bu fəaliyyətimi  xüsusi olaraq dəyərləndirdiyi üçün  "Azerbaijan Union" diaspora təşkilatına minnətdarlığımı bildirirəm” – Q.İbadoğlu bildirib.

Fotoları təqdim edirik
Tarix: 26 Mart 2021, 22:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin