BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı kəskin artacaq” – Karantin sərtləşdirilir?

“Koronavirusla bağlı son 3 günün nəticələri hamıda ciddi narahatlıq doğurub bir daha düşünməyə vadar etməlidir. Əvvəlcə bu günlərin nəticələri ilə sizi tanış edim: Bu il 24 martda 1185 nəfər yoluxub, 478 nəfər sağalıb, 20 nəfər vəfat edib. 25 martda 1429  yoluxub,  548 nəfər sağalıb, 17 nəfər vəfat edib. 26 martda, yəni bu gün 1759 nəfər yoluxub, 511 sağalıb, 24 nəfər vəfat edib. Bu statistikada ən qorxulusu yoluxan və sağalan xəstələrin say nisbətidir. Son 3 gündə xəstələnənlərin sayı sağalanların sayından 3 dəfə artıq olub, demək olar ki, hər gün yoluxanların sayı 300 nəfər artır. Bu günə aktiv xəstələrin sayı 14342 nəfərdir. Bu gedişlə bir neçə günə yenə xəstəxanalarda yer olmayacaq və vəfat edənlərin sayı kəskin artacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Yəqin ki, çox yaxın vaxtlarda xəstəxanalarda yer olmadığı, təcili tibbi yardım maşınlarının çağırışa çatdırmamaları, xəstəxanaların önündə təcili tibbi yardım maşınında insanların can vermələri çoxlarının yadındadır. Ona görə də bir daha insanlardan xahiş edirəm ki, xəstəliyin yenidən alovlandığı bir dövrdə təhlükəsizlik qaydalarına riayyət etsinlər, insanların sıx olduğu məkanlara getməsinlər və zərurət olmadığı təqdirdə evdən çıxmasınlar. İnsanlarımız isə bu günlər tam əksini edirlər” – A.İsmayılov qeyd edib.

Tarix: 26 Mart 2021, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin