BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın baş naziri qərar imzaladı: 5 iş günü müddətində

Baş nazir Əli Əsədov “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Pravda.az xəbər veir ki, qərara əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnamədən çıxarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin ediləcək.

 

Təyin edilmiş müavinət bu Qaydalara uyğun olaraq ödəniləcək.

Tarix: 27 Mart 2021, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin