BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Ağalarov bu sövdələşmədən 25 milyon dollar qazanacaq

Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov "Zhara Music" leyblını satıb.

Sövdələşmənin qiyməti 25 milyon dollar təşkil edib. 

Leyblın alıcısı Warner Music Group olacaq. Bundan sonra "Zhara Music"-in bazasında ABŞ-ın əfsanəvi şirkəti Atlantic Records-un şöbəsi yaradılacaq.

Zhara Music leyblının sahibləri sırasında Emin Ağalarovla yanaşı, Bahh Tee imzası ilə tanınan Azərbaycan əsilli rusiyalı müğənni Bəxtiyar Əliyev də var.


Modern.az 

Tarix: 27 Mart 2021, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin