BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhim Rəhimli 20 il əvvəlki sirrini açıqladı: “Məcburi...”

Aparıcı Kazım Sübhanın "Özəl" proqramım növbəti qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub.

 

Pravda.az xəbər verir ki, sənətçi sualları cavablandırarkən 20 il əvvəl ölkəni tərk etməsinin səbəbini açıqlayıb:

 

"Hər kəs bu barədə müxtəlif fikirlər səsləndirir. Buradan məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə, bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə 5 günlük, bir həftəlik düşünürdüm. Elə olmadı, 5 il qaldım. Etiraf edim ki, hamı Türkiyədə olduğumu düşünsə də, Moskvada oldum".

 

R.Rəhimli bayağı adlandırılan mahnılardan söz açıb: "Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xəttlərindən əsər-əlamət qalmayıb. Efirlərə baxıram, biri ailəsindən boşanıb, digəri küsüb, birinin ailə problemi müzakirə olunur. Sənətçini də çağırıb 1 saat içində ancaq 1 dəfə oxumağa imkan verirlər. Mənim nə işim var elə proqramda? Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir".

 

Axsam.az

Tarix: 27 Mart 2021, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin