BURADA REKLAMINIZ OLA
BİLƏR

“Adım korrupsioner kimi hallansa, ölüb yerə girərəm” – Aysel Əlizadə

“Fransız yazıçı Alfons Dodenin maraqlı təsbiti var. Qorxmazlıq, ağıl, azadlıq təkcə qəhrəmanlıq üçün deyil, bəzən cinayət etmək üçün bütün bunlar tələb olunur. Məsələn, seçki saxtalaşdırmaq, dövlət büdcəsindən oğurlamaq üçün də adama cəsarət lazımdı. Şəxsən mən bunu heç vaxt edə bilmərəm, ona görə yox ki, əlim gəlməz, sadəcə, cəsarətim çatmaz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

“Qınaqdan, tarixdən, cəzadan qorxaram. Məmur olsam korrupsiyadan qorxaram. Adım korrupsioner kimi hallansa ölüb yerə girərəm, bu ləkənin yükünü daşımağa gücüm çatmaz. Buna görə də Dodenin fikri şillə kimi dəydi. Adam içinə korrupsioner kimi çıxmağa güc, cəsarət lazımdır. Bu səbəbdən insanları ağıl, cəsarət, savad kateqoriyasına bölmək yanlışdı. Mənə görə yaxşı və pis adam var. Vəssalam” – A.Əlizadə qeyd edib.

Tarix: 28 Mart 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin