BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış bloger cütlük boşanır

Azərbaycanın tanınmış blogerləri Nagehan Akpınar (Abdullayeva) və Fərid Abdullayev ayrılır.

 

“Qafqazinfo”nun məlumatına görə, 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında (Hande Ataizi ilə... ) tanış olan və orada nikah bağlayan cütlük münasibətlərinə nöqtə qoymaq qərarına gəlib.

 

Onlar instaqramda bir-birini izləmədən çıxarıb, birlikdə paylaşdıqları fotoları isə siliblər.

 

Nagehan bir neçə gün əvvəl İstanbula gedərək boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Boşanma səbəbi kimi diqqətsizlik və ailədaxili anlaşılmazlıq göstərilib.

 

N. Akpınarın rəsmi ayrılıqdan sonra Türkiyəyə köçəcəyi, fəaliyyətini orada davam etdirəcəyi bildirilir.

 

Qeyd edək ki, cütlüyün bu nikahdan Kumsal adlı bir qız övladı var.

 

 

 

Qafqazinfo

Tarix: 30 Mart 2021, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin