BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Əzizov Qarabağ qazisinə vəzifə verdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

 

Pravda.az-ın məlumatına görə, Qarabağ qazisi Cavid Fərhadov həmin vəzifəyə təyin edilib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixdə imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmana edilən dəyişikliyə əsasən, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

Tarix: 30 Mart 2021, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin