BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirliyin avtomobili səkini zəbt etdi - FOTO

Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması, sürücülər tərəfindən qanunsuz zəbt edilməsi hallarının artması vətəndaşların haqlı narazılığına səbəb olur.

 

Pravda.az-ın xəbərinə görə, bu dəfə qaydanı pozan avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini həyata keçirməli olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus avtomobildir.

 

Yol hərəkəti qaydasını pozan DANX-ın məsul şəxsinin hərəkətləri sosial mediada müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri dövlət məmurunun qanunu pozmasını qınayıblar.

 

Bakıda sürücülər əksər hallarda maşınları park edərkən, qaydaları pozmaqla yanaşı, piyadaların da yolunu kəsirlər. Əksər hallarda isə əlil və uşaqlı piyadaların hüququ pozulur.

 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir.Qanunun 53-cü maddəsində deyilir: I.Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.

 

II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır.

 

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə qoruyucu tumbaların quraşdırılmasına başlanılıb. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.

Tarix: 14 Yanvar 2020, 19:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin