BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əbu Bəkr" məscidi fəaliyyətini nə vaxt bərpa edəcək? - AÇIQLAMA

"Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Onun sözlərinə görə, "Əbu Bəkr" məscidində təmir işlərinə ehtiyac var: "Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid hazırda fəaliyyət göstərmir. İndi texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra məsələ Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturları ilə birlikdə müzakirə olunub qərar qəbul ediləcək".

Tarix: 14 Yanvar 2020, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin