BURADA REKLAMINIZ OLA
BİLƏR

Çindən Azərbaycana koronavirus vaksininin növbəti partiyası gətirildi

Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.

 

Pravda.az xəbər verir ki, Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

 

Vaksini gətirən təyyarəni Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çinin Bakıdakı səfiri Qo Min və digər rəsmilər qarşılayıb.

 

Qeyd edək ki, aprelin 5-də Koreyadan Azərbaycana 84 000 doza “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətiriləcək. Ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza “Vaxzevria” vaksinin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.

 

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” aşısı ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, indiyədək 547 541 nəfərə aşı vurulub.

Tarix: 1 Aprel 2021, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin