BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ölüm hökmü bərpa olunur? - VİDEO

Vaxtaşırı Azərbaycanda ölüm hökmünün yenidən bərpa olunması haqqında təkliflər irəli sürülür. 

 

Son günlərdə Tovuz rayon sakini 10 yaşlı Nərmin Quliyevanın amansızlıqla öldürülməsindən sonra isə məsələ yenidən gündəmə gəldi. 

 

Tanınmış şəxslər də daxil olmaqla, bir çoxları sosial şəbəkələrdə paylaşımlar edərək ölüm hökmünün yenidən bərpasının tərəfdarı olduqlarını bildirdilər. 

 

Buradan isə bir neçə sual ortaya çıxır. 

 

Azərbaycanda ölüm hökmünün bərpası mümkündürmü? 

 

Ölüm hökmünün bərpası cinayətlərin qarşısını ala bilərmi? 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdürü Cahangir Cahangirli hesab edir ki, sözügedən hökmün yenidən qəbul edilməsi ilə cinayətlərin qarşısı alınmayacaq.

 

Cahangir Cahangirli bildirir ki, ölüm hökmünün hal-hazırda icra olunduğu ölkələrə nəzər salsaq, görərik ki, həmin ölkələrdə də çox ağır cinayət hadisələri baş verir: 

 

“Buna görə düşünürəm ki, cəzanın bərpa edilməsi ilə cinayətlərin qarşısı alınmayacaq”. 

 

Hüquqşünas Emil Aslanov da sözügedən hökmün yenidən qəbul edilməsini düzgün hesab etmir. Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan ömürlük həbs cəzası elə ölüm hökmünə bərabərdir: 

 

“Düzdür, hazırda bir neçə ölkədə ölüm hökmündən istifadə olunur. Amma həmin ölkələrlərdə əhalinin sayı da Azərbaycan əhalisindən bir neçə dəfə çoxdur”. 

 

Qeyd edək ki, ölkəmizdə ölüm hökmü 1998-ci il, fevral ayının 10-da ləğv edilib. Hazırda ABŞ, Səudiyyə Ərəbistanı, İran, İraq, Çin və Vyetnam kimi ölkələrdə ölüm hökmünün tətbiqi davam edir. 

 

Tarix: 14 Yanvar 2020, 21:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin