BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlillik təyinatlarının kəsilməsi ilə bağlı müraciətlərin çoxu əsassızdır – RƏSMİ AÇIQLAMA

“Ötən il əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq forma daxil olub”.

 

Pravda.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

 

Onun sözlərinə görə, həmin şəxslərdən cəmi 31%-ə təyinat verilib.

 

Sədr qeyd edib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı müraciətlərin çoxu əsassızdır: “Araşdırmaların yekununda məlum olur ki, sadəcə təyin olunan müddət başa çatıb və yenidən aidiyyəti üzrə müraciət edilməlidir”.

 

Tarix: 2 Aprel 2021, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin