BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gündən daha bir qadağa qüvvəyə mindi

Bu gündən aprelin 5-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

 

Bununla əlaqədar 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

 

Tarix: 3 Aprel 2021, 00:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin