BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətanət işdən çıxarıldı

Aparıcı Mətanət Əliverdiyeva “Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.

 

Pravda.az xəbər verir ki, bu haqda aparıcı özü deyib.

 

O bildirib ki, fərqli bir şou hazırlayır:

 

“Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.

 

Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Space”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.Axsam.az

Tarix: 3 Aprel 2021, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin