BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik

"Vətən müharibəsində bütün qoşun növləri kimi, Silahlı Qüvvələrin Tibb xidməti və Müdafiə nazirliyinin bütün həkim heyəti hərbi qulluqçularımızın, hərbi hissələrimizin qoşunlarımınz tibbi təminatını təşkil eləmək üçün səfərbər olundu. 44 günlük müharibədə çoxlu şəhid və yaralılarımız oldu".

 

Pravda.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

 

 

O bildirib ki, hazırda hospitallarda 59 yaralı qazi var: “Yaralılarımızın da tezliklə sağalması üçün əlimizdən gələni edirik”.

Tarix: 3 Aprel 2021, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin