BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

 

V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.

 

Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.

 

Şuranın üzvləri isə aşağıdakılardır:

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

 

AMEA Naxçıvan Bölməsinin sədri

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

 

Naxçıvan Dövlət Universitetinin rektoru

Tarix: 3 Aprel 2021, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin