BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kollektiv immunitet yaransa, biz COVİD-19 bəlasından o qədər tez xilas olacağıq” - Səhiyyə nazirinin müavini

"Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni növ koronavirus infeksiyasını (COVİD-19) idarə olunan səviyyədə saxlanan səviyyədə saxlamaq mümkün olub".

Pravda.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir: "Bunun üçün ölkəyə peyvənd materialları gətirilməlidir. Bunun üçün ölkədə həm ikitərəfli,  həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib. Bu gün isə COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”)  gətrilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVİD-19 bəlasından o qədər tez xilas olacağıq”.


Tarix: 4 Aprel 2021, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin