BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevə çətin suallar

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ölkə iqtisadiyyatına nə xeyri var?! Dövlət büdcəsindən ölkə üzrə elmə ayrılan vəsaitin çox hissəsi AMEA-ya gedir. Niyə?!? Mən, burada bəzi ekspertlər kimi statistik rəqəmlər gətirmək fikrində deyiləm. Hər şey məlumdur. Azərbaycanda elmə və təhsilə hər il çox pul ayrılmasa da, ayrılan həmin cüzi vəsaitin özü də boş yerə gedir. Bir daha sual edirəm, AMEA dövlət büdcəsinə və iqtisadiyyatımıza nə verir?!".

 

Pravda.az xəbər verir ki, bunu ekspert Pərviz Heydərov deyib.

 

P.Heydərovun sözlərinə görə, pul elə bir şeydir ki, hara və hansı istiqamətə, o cümlədən nəyə xərcləyirsənsə və yaxud sərf edirsənsə, ən azı maya dəyəri qədər və yaxud məbləğində gəlir gətirməlidir:

 

"AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir?! Sual edirəm, nəyə görə bu qurum heç olmasa, özü-özünü maliyyələşdirə bilmir?! Digər bir məsələyə də toxunum: bu elmi dərəcələr var ey, onlar nə məna daşıyır?! Nəyə görə, elmi dərəcəyə görə artıq pensiya məbləği ödənilir?!? Niyə? O elmi dərəcə alan şəxs, nəsə icad edib və yaxud araşdırıb tapıbsa, onda o adama pul gəlməlidir də, elə deyil? Gəlmirsə demək, o adamın elmi dərəcə aldığı mövzu və detal lazımsız bir şeydir də, elə deyil?! Sözümü ona gətirirəm ki, Azərbaycan dünyanın bir parçasıdır. Və əyani şahidik ki, qlobal aləmdə nə baş verirsə dərhal, bizə təsir edir və nəticəsini bizdə göstərir. Elmimiz də və elmi nailiyyətlərimiz də dünya elminə və texnologiyasına mənfəət gətirməlidir. Boş yerə vəsait ayrılmasının nə mənası var axı?!? Təhsil-elm-istehsal-iqtisadi artım... Bunlar zəncirvari şəkildə biri-biriylə əlaqədar olan məsələlər və halqalardır! Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyat ilə əlaqəli şəkildə mövcud deyillər, başqa sözlə desəm, fəaliyyət göstərmirlər. Bu qurumlara, yəni təhsilə və elmə dövlətin vəsait ayırmasının bax, nə mənası vardır?!".

Tarix: 4 Aprel 2021, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin