BURADA REKLAMINIZ OLA
BİLƏR

May ayında 14 gün iş olmayacaq

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

 

Pravda.az xəbər verir ki, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

 

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

 

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

 

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.

 

Şənbə və bazar günləri də nəzərə alındıqda, ümumilikdə 14 gün qeyri-iş günüdür.

Tarix: 5 Aprel 2021, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin