BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıya giriş-çıxış bağlanır?

Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub. DİN Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev e-huquq.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib. “Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə o bildirib.

Tarix: 6 Aprel 2021, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin