Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev müharibədə itkin düşənlərin ailə üzvləri ilə görüşdü, məsələni nəzarətə götürdü

Bu gün Baş Prokurorluqda Baş Prokuror Kamran Əliyevin Vətən müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüşü olub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib.

 

Ailə üzvləri tərəfindən səsləndirilmiş şikayətlər qeydiyyata alınaraq hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

 

Əsas və ağrılı problemlərimizdən biri olan itkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib.

Tarix: 8 Aprel 2021, 17:04   
Xəbər lenti
Çox oxunanlar