BURADA REKLAMINIZ OLA
BİLƏR

“Women Changemakers` Academy” layihəsi yekunlaşdı

Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təsisi Proqramı çərçivəsində qalib olmuş “Women Changemakers` Academy” layihəsi yekunlaşıb.

Pravda.az-ın xəbərinə görə, İlkin Əliyevin rəhbərliyi ilə keçirilən layihə çərçivəsində sosial sahibkarlıq və iştirakçıların ehtiyacları əsasında fərqli mövzularda təlimlər təşkil edilib.


Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq təlimlər və görüşlər onlayn formatda keçirilib.

Ümumilikdə 30 nəfərin iştirakı ilə 12 təlim və əlavə olaraq müxtəlif dövlət, özəl və beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn görüşlər baş tutub.


Layihə çərçivəsində seçilmiş iştirakçılara biznes mentorluq sessiyaları keçirilib.


Yekunda hər bir iştirakçıya sertifikat və hədiyyə təqdim edilib.

Fotoları təqdim edirik
Tarix: 9 Aprel 2021, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin