BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov Qarabağ qazisini Bakı yol polisinin rəisi vəzifəsinə təyin etdi - ƏMR

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

 

Pravda.az-ın xəbərinə görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Priyev gətirilib.

 

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi.

 

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

 

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub. Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.Bakupost

Tarix: 15 Yanvar 2020, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin