BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanıldı - Əflatun Amaşovdan AÇIQLAMA

“Bu gündən jurnalistlərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır".

 

Pravda.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub: "Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır".

 

Ə.Amaşov qeyd edib ki, jurnalistlər koronavirusla bağlı müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər.

Tarix: 9 Aprel 2021, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin