BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı məşqçi danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırıldı

AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

 

Pravda.az-ın məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı məsələyə baxılıb.

 

Qurumun nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma və rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edilən peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

 

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar da qəbul oluna bilər.

 

Barəsində sanksiya qərarı verilmiş şəxsin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Tarix: 9 Aprel 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin