BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev məhkəməyə verildi

İşdən çıxarılan daha bir direktor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi məhkəməyə verib.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir. İcraata götürülən məhkəmə prosesə hakim Mədinə Bağırova sədrlik edəcək.

 

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixində keçirilən iclasında yekdilliklə qəbul edilmiş qərara əsasən ilk növbədə işində yol verdiyi ciddi nöqsanlar, həmçinin cəmiyyətdə tanınan şəxslərin məqalələrini mənimsəyərək öz imzası ilə təqdim etdiyi nəzərə alınmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru S.Zülfüqarova  tutduğu vəzifəsindən azad edilib.

 

Unikal.org

Tarix: 9 Aprel 2021, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin